Bazar Ertəsi May 12 2008
  "All colors are good , it's only necessary to be able to write with them."

                                         G. Flober
 

   


Untitled Document
   

"NewArt" dinamik şəkildə inkişaf edən firmadır. Onun fəaliyyət dairəsinə aşağıdakılar daxildir:

- Poliqrafiya (çapdan əvvəlki və sonrakı işlər,çap); - dizayn;
- Plastik kartların çapı;
- Saytların (korporativ, şəxsi, vizit saytları) işlənib hazırlanması;
- Proqram təminatının işlənib hazırlanması;
- Möhür və ştampların işlənib hazırlanması.

Mətbəəmiz 1997-ci ildən fəaliyyət göstərir. Yeni mətbəə mütəxəssislərimizin yaradıcılıq axtarışı və peşəkarlığının
qanunauyğun nəticəsidir. Bu gün biz tam silsilə şəklində fəaliyyət göstərən (layihədən tutmuş son məhsuladək),
məhsulları Avropa keyfiyyətinə uyğun olan poliqrafiya şirkətini - "NewArt" firmasını sizə təqdim edirik. Şirkət
Almaniyanın "Heidelberg" şirkətinin istehsalı olan və məhsulun yüksək keyfiyyətini təmin edən müasir ofset
avadanlığına malikdir:Avtomat nomre vuran maşin "Morqana" , az tirajlı məhsulların və "XEROX", "PHAZER"
"FARGO" plastik kartlarının yüksək keyfiyyətli, rəngli rəqəmli çapı, həmçinin formalı və çap proseslərində
ən yeni kompüterlərin yalnız avadanlığın istehsalçıları tərəfindən tövsiyə olunan orijinal sərfiyyat və texnoloji
materialları tətbiq etməsi. Bununla belə hesab edirik ki, sifarişlərin müvəffəqiyyətlə yerinə yetirilməsinin ən mühüm
şərti dizayn üzrə peşəkarların, çapdan əvvəlki hazırlığın, çapın və bəzək işlərinin mövcud olmasıdır. Biz bu
potensiala malikik. Məhsulun yaradıcı, orijinal dizaynı, işlərin ən qısa müddətdə yerinə yetirilməsi, hüsn-rəğbət
oyadan xidmət "NewArt" şirkətinin fəaliyyətinin əsas istiqamətləridir. Bədii dizayndan tutmuş orijinal maketlərədək,
təqvim-plakatlardan tutmuş jurnal və qəzetlərədək, bukletlərdən tutmuş firma üslubu və vizit kartlarınadək -
bütün bunlar bizim imkanlarımızın heç də tam siyahısı deyil. Bizim sifarişçilərimiz ölkənin aparıcı sənaye müəssisələri,
reklam və poliqrafiya firmaları, təşkilat və idarələrdir.

Təklif olunan xidmətlər və istehsal olunan məhsulun nomenklaturu:
- az və orta tirajlı istənilən mürəkkəb poliqrafiya məhsullarının hazırlanması;
- panton çap;
- tamboyalı çap;
- aşırma, divar, rüblük, cib, stolüstü təqvimlər, "evciklər";
- tikişsiz və sancaqla bərkidilən jurnallar;
- sərgilər, reklam aksiyaları, təqdimetmə mərasimləri üçün bukletlər;
- sancaqlı və yapışdırma tamrəngli və ağ-qara kitabçalar;
- A4, A5, A6 vərəqələri;
- vizit kartlarının hazırlanması;
- az tirajda və ofset üsulu ilə çap edilmiş flayerlər, dəvətnamələr, açıqçalar;
- blankların. formulyarların, qiymət vərəqələrin, kontor formalarının hazırlanması;
- plastik kartların çap edilməsi;
- ştamp və möhürlərin çap edilməsi,
həmçinin perforasiya, biqləmə, qatlama da daxil olmaqla bir çox digər işlər.

Sifarişlərin yerinə yetirilmə müddətləri istehsalatın mürəkkəbliyindən və işin çoxluğundan asılı olaraq dəyişir. Biz bütün işlərin
keyfiyyətinə zəmanət veririk. Sizin bütün sifarişlərinizi yerinə yetirməyə şad olarıq və məhsuldar əməkdaşlığa ümid edirik.
Sizə sadəcə firmamıza gəlmək və ya zəng etmək lazımdır.

  ƏLAQƏ  

Address: 184, B.Safaroglu Str.
AZ101, Baku
Tel.: (+99412) 5985457, 4986889
Tel./Fax: (+99412) 4986889
E-mail: office@newart-az.com



Untitled Document

NewArt © Kompaniyası 2006